...

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 12 İyul 2012 18:13 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 13 iyul 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Azadkənd-İmişli" magistral qaz kəmərində eləcədə "Lənkaran", "Xarxatan" və "Quba" qazpaylayıcı stansiyasılarından təbii qaz təchizatı dayandırılacaq.
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq 13 iyul 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Azadkənd-İmişli" magistral qaz kəmərində eləcədə "Lənkaran", "Xarxatan" və "Quba" qazpaylayıcı stansiyasılarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabirabad, Saatlı və İmişli rayonlarının yaşayış məntəqələrinə, Quba şəhərinin bir hissəsi, rayonun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc və Susay qışlaq kəndlərinə həmçinin Lənkaran və Liman şəhərləri daxil olmaqla Lənkəran rayonun Xarxatan və Vilvan kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti