Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir E.İsmayılov/
Təmir işləri ilə əlaqədar olaraq 20 iyul 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək Azərbaycanın Yevlax və Cəlilabad rayonlarında təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Məlumata görə, təmir işləri müddətində Yevlax şəhəri daxil olmaqla, rayonun Cırdaxan, Varvara, Balçılı, Salahlı, Hürüuşağı, Boşçalı, Tanrıverdilər və Ağqıraqlı kəndlərinə, həmçinin Cəlilabad şəhəri daxil olmaqla rayonun Uzuntəpə kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.