...

Dövlət Neft Fondunun aktivləri ilin I yarısında təqribən 10 faiz artıb

Energetika Materials 23 İyul 2012 15:40 (UTC +04:00)
2012-ci ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 7 391,9 milyon manat, xərcləri isə 4 878,1 milyon manat təşkil edib.
Dövlət Neft Fondunun aktivləri ilin I yarısında təqribən 10 faiz artıb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 7 391,9 milyon manat, xərcləri isə 4 878,1 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNF-in icraçı direktoru Şahmar Mövsümov fondun ilin I yarısındakı fəaliyyətinin yekunlarına həsr edilmiş mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, Fondun daxilolmalarının böyük hissəsi (95,9 faiz) mənfəət nefti və qazının satışından olub. Neft müqavilələrinin həyata keçirilməsindən əldə edilən gəlirlər 7099,8 milyon manat, o cümlədən mənfəət nefti və qazının satışından 7091,4 milyon manat, tranzit ödənişlərindən isə 3,8 milyon manat səviyyəsində olub.

Hesabat dövrü ərzində xarici investorların verdiyi aktivlərdən gəlir 0,2 milyon manat olub. Yanvar-iyunda ARDNF-in vəsaitlərinin idarə edilməsindən 292,1 milyon manat əldə edilib. Bonus ödənişləri 1,6 milyon manat, akrlar üzrə ödənişlər isə 2,8 milyon manat təşkil edib.

Fondun xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə 162,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 67 milyon manat ayrılıb.

Dövlət büdcəsinə transfertlər 4592,3 milyon manat olub.

2007-2015-ci illər üçün dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin xaricdə təhsilinə 5 milyon manat xərclənib. Həmçinin, Bakı-Tbilisi-Qars yeni dəmiryolunun tikinti layihəsinin maliyyələşdirilməsinə 37 milyon manat ayrılıb.

ARDNF-in idarə edilməsi üzrə xərclər 14,3 milyon manat olub. Valyuta məzənnəsinin fərqindən asılı olaraq, Fondun xərcləri 289,2 milyon manat təşkil edib.

2012-ci il iyulun 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri bu ilin əvvəli ilə (29,8 milyard dollar) müqayisədə 9,6 faiz artaraq 32 666 milyon dollar təşkil edib.

Fond 2012-ci ilin birinci rübündən qızıl alışına başlayıb və iyulun 1-nə olan məlumata görə, əldə edilən qızılın həcmi 6,847 ton (220146 unsiya) təşkil edib.

Xəbər lenti

Xəbər lenti