...

Bakı Ali Neft Məktəbi qapılarını tələbələrin üzünə açıb

Energetika Materials 15 Sentyabr 2012 15:57 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üçün zəruri kadrların hazırlanması məqsədilə yaradılıb.
Bakı Ali Neft Məktəbi qapılarını tələbələrin üzünə açıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üçün zəruri kadrların hazırlanması məqsədilə yaradılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev ali məktəbdə ilk tədris ilinin başlamasına həsr olunmuş mərasimdə bildirib.

Onun sözlərinə görə, beynəlxalq layihələrin reallaşdırılmasında peşəkar kadrların mövcudluğu vacib məsələdir. ARDNŞ 2005-ci ildən xaricdə kadrların hazırlığı üzrə iş aparır, habelə əlaçı tələbələrə xüsusi təqaüdlərin verilməsinə dair işlər görülür.

"Yəni işlər xaricdə və ölkənin daxilində aparılır, lakin bu, kifayət etmir", - Abdullayev qeyd edib.

Şirkət prezidentinin sözlərinə görə, buna uyğun olaraq elm və praktikanın ahənglik təşkil edəcəyi yeni ali məktəbin açılması haqqında qərar qəbul edildi.

Qəbul imtahanlarının nəticələri əsasında Bakı Ali Neft Məktəbinə 121 tələbə qəbul edilib.

Abdullayevin sözlərinə görə, I ixtisas qrupu üzrə 600 baldan çox toplayan 234 tələbədən 45,4 faizi Bakı Ali Neft Məktəbinə qəbul edilib.

Ali məktəbdə tədris beş il müddətində aparılacaq, birinci ildə ingilis dili və informatika tədris olunacaq, növbəti dörd ildə isə ixtisas üzrə təhsil veriləcək.

Xəbər lenti

Xəbər lenti