...

Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndələri "Azərikimya"da olublar

Energetika Materials 20 Sentyabr 2012 14:03 (UTC +04:00)
Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərinin qardaşlıq əlaqələrinin 35 illiyi ilə əlaqədar Sumqayıta gələn nümayəndələr – Sumqayıt-Lüdviqshafen Dostluq Cəmiyyətinin sədr müavini Peter Lubenau və Lüdviqshafen şəhər merinin müavini Klaus Dillinger "Azərikimya" İstehsalat Birliyində olublar.
Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndələri "Azərikimya"da olublar

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərinin qardaşlıq əlaqələrinin 35 illiyi ilə əlaqədar Sumqayıta gələn nümayəndələr - Sumqayıt-Lüdviqshafen Dostluq Cəmiyyətinin sədr müavini Peter Lubenau və Lüdviqshafen şəhər merinin müavini Klaus Dillinger "Azərikimya" İstehsalat Birliyində olublar.

İB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı Birliyin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara ARDNŞ-nin tərkibində fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində istehsal edilən kimyəvi məhsullar, onların ixrac coğrafiyası, son illərdə aparılan yeniləşmə və müasirləşmə prosesləri, yaxın və uzaq perspektivlər haqqında geniş məlumat verib. Bildirilib ki, istehsalata müasir, yüksək səmərəli avadanlığın, innovasiya texnologiyalarının tətbiqini prioritet istiqamət kimi götürən "Azərikimya" kollektivi neft-kimya sənayesində yüksək alman texnologiyasından istifadəyə də xüsusi diqqət yetirir.

Nəzərə çatdırılıb ki, Azərbaycan kimyaçıları son dövrlərdə məhsul istehsalı, onun həcminin və keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına da diqqəti xeyli artırıb. Bu sahədə Almaniyanın, o cümlədən Lüdviqshafenin ekoloq-mütəxəssisləri də "Azərikimya"nın mütəxəssisləri ilə birgə xeyli faydalı işlər görüblər.

Görüşdə almaniyalı qonaqlara "Azərikimya"nın perspektiv layihələri barədə slaydlar və videosüjetlərlə ətraflı məlumat verilib, Sumqayıtın sənaye zonasında ekologiyanın yaxşılaşdırılması və sutəmizləyici qurğular sisteminin daha effektli şəkildə yenidən qurulması sahəsində gələcəkdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və s. məsələlər barədə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti