...

Taner Yıldız: Ankara "Metsamor" AES-in dərhal bağlanmasını tələb edir

Energetika Materials 31 Oktyabr 2012 13:34 (UTC +04:00)
Ankara regiondakı bütün ölkələr üçün təhlükə olan "Metsamor" atom elektrik stansiyasının dərhal bağlanmasını tələb edir.
Taner Yıldız: Ankara "Metsamor" AES-in dərhal bağlanmasını tələb edir

Azərbaycan, Bakı, 31 oktyabr / Trend, müxbir A.Tağıyeva /

Ankara regiondakı bütün ölkələr üçün təhlükə olan "Metsamor" atom elektrik stansiyasının dərhal bağlanmasını tələb edir. Bunu çərşənbə günü Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Nazirin sözlərinə görə, "Metsamor" AES artıq 40 ildir fəaliyyət göstərir, köhnə AES-lər isə böyük təhlükə mənbəyidir.

Bir müddət əvvəl Türkiyə KİV-inin yaydığı məlumata görə, Ermənistan hökuməti "Metsamor" atom elektrik stansiyasının istismar müddətini 2023-cü ilədək uzadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti