...

Bərdə və Beyləqan rayonlarının bir neçə kəndinə təbii qaz verilib

Energetika Materials 14 Noyabr 2012 18:03 (UTC +04:00)
Bu gün Bərdə rayonunun Türkmən kəndinə təbii qaz verilişi bərpa edilib.
Bərdə və Beyləqan rayonlarının bir neçə kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Bu gün Bərdə rayonunun Türkmən kəndinə təbii qaz verilişi bərpa edilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və Bərdə rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 346 abonenti olan Türkmən kəndinə qaz verilişinin bərpası məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 13 186 metr olan müxtəlif diametrli polad və 115 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 23 ədəd siyirtmə, 346 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Beyləqan rayonunun Yeni Xocavənd, Tuğ kəndlərinin və Xocavənd qəsəbəsinin qazlaşdırılması üçün bütün tikinti-quraşdırma işləri başa çatdırılıb və bu münasibətlə təntənəli tədbir keçirilib. Qeyd olunub ki, ümumilikdə 814 abonenti olan qəsəbə və kəndlərə ilk dəfə olaraq qaz xətləri çəkilib. Bunun üçün birpilləli sistem əsasında uzunluğu 18 min metr polietilen boru çəkilib, 814 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti