Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir H. Vəliyev/
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri sistemi vasitəsilə "Kaşaqan" yatağının işlənməsinin ikinci fazası çərçivəsində neftin nəqlinə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında deyib.
Onun sözlərinə görə, sentyabrda Astanada iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının 9-cu iclasında tərəflər bu məsələni müzakirə ediblər.