...

Qax rayonunun daha bir kəndinə təbii qaz verilib

Energetika Materials 25 Dekabr 2012 16:13 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Qax rayonunun Dəymədağlı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Qax rayonunun daha bir kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Qax rayonunun Dəymədağlı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və yerli rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 170 abonenti olan Dəymədağlı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 9500 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 170 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti