...

Gürcüstanın energetika naziri Azərbaycan qazının tədarük qiyməti məsələsinə aydınlıq gətirib

Energetika Materials 8 Yanvar 2013 20:32 (UTC +04:00)
KİV-də Gürcüstanın energetika və təbii resurslar naziri Kaxa Kaladzeyə istinadən göstərilən Azərbaycan qazının qiyməti tədarüklərin real qiymətini əks etdirmir.
Gürcüstanın energetika naziri Azərbaycan qazının tədarük qiyməti məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir S.Əliyev/

KİV-də Gürcüstanın energetika və təbii resurslar naziri Kaxa Kaladzeyə istinadən göstərilən Azərbaycan qazının qiyməti tədarüklərin real qiymətini əks etdirmir.

Bu barədə çərşənbə axşamı Trend-ə Kaladzenin özü telefon əlaqəsində deyib.

Onun sözlərinə görə, KİV-də yayılan məqalələrdə "Cənubi Qafqaz" qaz kəməri üzrə "Şahdəniz" yatağından Azərbaycan qazının tədarükü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) qaz tədarükləri, həmçinin Gürcüstan ərazisindən keçən Rusiya qazının tranzitinə görə alınan yanacaq nəzərə alınmaqla orta qiymət göstərilib.

"Biz qazı təkcə Azərbaycandan (ARDNŞ-nin qazı) almırıq, həmçinin "Şahdəniz" qazının tranzitindən, Rusiyadan qazın tranzitindən alırıq... və nəticədə bizdə alınan qiymət 186 dollar (1000 kubmetrə görə) təşkil edir", - Kaladze qeyd edib.

Kaladze bildirib ki, bununla da 1000 kubmetrə görə 186 dollar rəqəmi bütün mənbələrdən alınan Azərbaycan qazının orta qiymətidir.

Qeyd edək ki, hazırda Gürcüstan Azərbaycandan qazı iki mənbədən alır. Birincisi, xarici şirkətlərin konsorsiumu tərəfindən tədarük edilən "Şahdəniz" qaz-kondensat yatağı, ikincisi isə ARDNŞ-nin qazıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti