Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/
2012-ci ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi tərəfindən 265 monitorinq keçirilib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.
Monitorinqlər idarənin Ekoloji Monitorinq Departamenti tərəfindən həyata keçirilib.
Məlumatda deyildiyi kimi, ötən il ərzində müvafiq olaraq 5608 nümunə götürülüb və onlar üzərində 44 375 ümumi analiz aparılıb.
Habelə 10 dəniz yatağında iki mövsümi monitorinq aparılıb.