...

Bakının qazpaylayıcı sistemi təkmilləşdirilir

Energetika Materials 25 Yanvar 2013 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.İsmayılov/

Yenidənqurma və modernləşdirmə işlərinin aparılmasından sonra Bakı və Abşeron yarımadasının qazpaylayıcı sistemi daha da mükəmməl olacaq. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Onun sözlərinə görə, paytaxtın qazpaylayıcı sistemi avtomatlaşdırılmış, çevik olacaq ki, bu da baş verən proseslərə daha operativ reaksiya verməyə imkan verəcək.

"Hazırda qazpaylayıcı sistem elə təşkil olunub ki, mənbələrin birindən qaz təchizatı ilə bağlı problem yaranarsa, qaz tədarükünü onlardan digəri ilə təmin etmək mümkün olacaq", - mənbə qeyd edib.

Onun sözlərinə görə, hazırda Bakı üç istiqamətdən qazla təmin olunur: Zirə və Hövsan qəsəbələri, eləcə də Qaradağ rayonu tərəfdən. Onlara qaz "Şahdəniz" qaz kondensat yatağından və "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokundan daxil olur.

"Sistem "Azəriqaz" İB-nin ARDNŞ-nin tərkibinə daxil olmasından sonra [2009-cu ildə] təkmilləşdirilib. Müvafiq olaraq, paytaxt istehlakçılarının qazla təmin olunmasında da heç bir problem yoxdur. Lakin sistemin müasirləşdirilməsi işlərinin aparılmasından sonra o, daha da yaxşılaşacaq və daha müasir olacaq", - mənbə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti