...

Qazaxıstan fevralın 12-dən etibarən Qırğızıstana qaz nəqlini dayandıra bilər

Energetika Materials 9 Fevral 2013 05:41 (UTC +04:00)
"Qırğızıstanın "Qaztransqaz" şirkətinə olan borcu 5.9 milyon dollara çatıb. Bununla bağlı olaraq, Qazaxıstan tərəfi fevralın 12-dən etibarən Qırğızıstana qaz nəqlini dayandıra bilər". RBK-ın məlumatına görə, bunu "Qırğızqaz" ASC-nin direktor müavini Kuralbek Naskeyev payız-qış mövsümü ilə bağlı keçirilmiş iclasda səsləndirib.
Qazaxıstan fevralın 12-dən etibarən Qırğızıstana qaz nəqlini dayandıra bilər

Azərbaycan, Bakı, 9 fevral /Trend/

"Qırğızıstanın "Qaztransqaz" şirkətinə olan borcu 5.9 milyon dollara çatıb. Bununla bağlı olaraq, Qazaxıstan tərəfi fevralın 12-dən etibarən Qırğızıstana qaz nəqlini dayandıra bilər". RBK-ın məlumatına görə, bunu "Qırğızqaz" ASC-nin direktor müavini Kuralbek Naskeyev payız-qış mövsümü ilə bağlı keçirilmiş iclasda səsləndirib.

"Bugünkü günə "Qırğızıstanın "Qaztransqaz" şirkətinə olan borcu 5 milyon 997 min dollar təşkil edir ki, onun da 4 milyon 700 min dolları 2013-cü ilin yanvar ayına qədər olan borcdur" - deyə Naskeyev bildirib.

Onun sözlərinə görə, fevral ayının 6-da "Qaztransqaz" şirkətindən fevralın 12-dən etibarən borcun ödənilmədiyi təqdirdə Qırğızıstana qaz nəqlinin dayandırılacağı ilə bağlı xəbərdarlıq telefonoqramması daxil olub.

"Qırğızqaz" ASC-nin "Uztransqaz" şirkətinə olan borcu isə 409 min dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti