...

İranda neft yatağının açılması ilə əlaqədar aeroport köçürüləcək

Energetika Materials 23 Fevral 2013 12:53 (UTC +04:00)
İranın Xuzistan əyalətinin cənub-qərbində yerləşən "Əhvaz" beynəlxalq aeroportu yaxınlıqda neft yatağının açılması ilə əlaqədar yaxın beş il ərzində başqa yerə köçürüləcək.
İranda neft yatağının açılması ilə əlaqədar aeroport köçürüləcək

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, F.Mehdi/

İranın Xuzistan əyalətinin cənub-qərbində yerləşən "Əhvaz" beynəlxalq aeroportu yaxınlıqda neft yatağının açılması ilə əlaqədar yaxın beş il ərzində başqa yerə köçürüləcək. Trend-in şənbə günü ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Aeroportlar Şirkətinin direktoru Məhəmməd Rəsulinicat deyib.

Yataq 2012-ci ilin dekabrında aeroportun uçuş-eniş zolağının bilavasitə yaxınlığında açılıb.

"Hökumət aeroportun köçürülməsini təsdiq edib", - Rəsulinicat deyib və əlavə edib ki, yeni hava limanı indiki aeroportdan 15 kilometr məsafadə tikiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti