...

Natiq Əliyev: Azərbaycan iri neft-qaz ölkəsi kimi mövqeyini gücləndirib

Energetika Materials 13 Mart 2013 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib. Bu barədə çərşənbə günü jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Azərbaycanda 90-cı illərin əvvələrində elektrik enerjisi, qaz və neft məhsullarının təminatında böyük çətinliklər yaşanırdısa, hazırda ölkə heç kəsdən asılı deyil və öz enerji təhlükəsizliyini tam təmin edib", - nazir qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, ölkə Xəzər-Qara dəniz regionunun inkişafına və enerji təhlükəsizliyinə öz töhfəsini verir və lider kimi mövqeyini genişləndirir.

"Azərbaycanın həyata keçirdiyi layihələr təkcə regional deyil, həm də dünya miqyaslı əhəmiyyət daşıyır, - Əliyev deyib. - Bunun təsdiqi Azərbaycanın iri neft-qaz ölkəsi qismində mövqeyinin möhkəmlənməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti