...

"Socar Trading" və "Gasol" kredit sazişi imzalayıblar

Energetika Materials 18 Mart 2013 14:07 (UTC +04:00)
Компания Socar Trading, которая является трейдинговым подразделением компании SOCAR (Госнефтекомпания Азербайджана), подписала с британской Gasol соглашение о выдаче необеспеченного конвертируемого кредита на сумму в один миллион долларов,
"Socar Trading" və "Gasol" kredit sazişi imzalayıblar

Azərbaycan, Bakı, 18 mart/Trend, müxbir E. İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) treydinq qurumu olan "Socar Trading" Böyük Britaniyanın "Gasol" şirkətilə 1 milyon dollar həcmində təmin edilməmiş, konvertasiya edilən kreditin verilməsinə dair saziş imzalayıb. Bu barədə Trend bazar ertəsi "Gasol"un rəsmi saytına istinadən məlumat verir.

Sazişə əsasən, "Socar Trading" Benində (Qərbi Afrika) maye qazın qəbulu üzrə terminalın tikintisi ilə bağlı strateji alyans çərçivəsində "Gasol" şirkətinə kredit verəcək. Kredit vəsaiti "Gasol" dövriyyə kapitalının saxlanılması üçün nəzərdə tutulub.

"Gasol"un məlumatında deyilir ki, imzalanan kredit sazişi illik 4 faiz dərəcəsi ilə iki il müddətinə kreditin verilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti