...

Türkiyəli bankirlər ARDNŞ-nin layihələrinə böyük maraq göstərirlər

Energetika Materials 18 Mart 2013 19:53 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiyənin İşbank, Finansbank, Garanti Bankı, Ziraat Bankı, Vakıfbank, TSKB, Yapıkredi, Dənizbank, Unikredit, TEB, Akbank, Halkbank kimi aparıcı bank və maliyyə qurumlarının rəhbərləri ilə görüş keçirib.
Türkiyəli bankirlər ARDNŞ-nin layihələrinə böyük maraq göstərirlər

Azərbaycan, Bakı, 18 mart /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiyənin İşbank, Finansbank, Garanti Bankı, Ziraat Bankı, Vakıfbank, TSKB, Yapıkredi, Dənizbank, Unikredit, TEB, Akbank, Halkbank kimi aparıcı bank və maliyyə qurumlarının rəhbərləri ilə görüş keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Abdullayev Azərbaycanda neftçıxarmanın tarixi haqqında ətraflı məlumat verib, SOCAR-ın yaranmasından və bu müddət ərzində keçdiyi yoldan danışıb. ARDNŞ-nin ölkə daxilində, Türkiyədə, Gürcüstanda, Rumıniyada, İsveçrədə və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələrindən bəhs edən Abdullayev gələcəkdə investisiya layihələrin gerçəkləşdirilməsində Türkiyə bankları ilə əməkdaşlığın genişləndiriləcəyinə əminliyini ifadə edib.

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsinin Azərbaycan iqtisadiyyatının ən böyük layihəsi olduğunu diqqətə çatdıran ARDNŞ prezidenti bu barədə qonaqlara ətraflı məlumat verib, yaxın dövr üçün əsas perspektivli layihələrdən söz açıb. Sonra NQNK layihəsi, Gəmiqayırma Zavodunun tkintisi, Petkimdə həyata keçirilən layihələr və TANAP layihəsi barədə təqdimatlar olub. Qonaqlar təqdimatlarla bağlı çoxsaylı sualları ARDNŞ nümayəndələrinə ünvanlayıb və ətraflı cavablar alıblar.

Türkiyəli bankirlər və maliyyə qurumlarının təmsilçiləri ARDNŞ tərəfindən Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrə böyük maraq göstərdiklərini ifadə ediblər.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti