Azərbaycan, Bakı, 18 mart /Trend/
"Petkim" Neft-Kimya Holdinqinin Ar-Ge və Teknoloji Müdürlüyü beş il davam edən səylər nəticəsində üç layihə üçün Türkiyə Patent İnstitutundan (TPE) faydalı model və patent vəsiqəsi alıb. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.
"Petkim Yaşam" jurnalının məlumatına görə, AR-Ge və Teknoloji Müdürlüyünün rəhbəri Ayhan Ezdeşır, mühəndislər Füsun Güner və Başak Tuncer tərəfindən hazırlanmış və TPE-nin müvafiq patentinə layiq görülmüş "Etilen dixlorid istehsalında tıxanmanın qarşısının alınması", "Distillə kolonu sistemi" və "Aşılanmış poliolefin əsaslı emulsiya istehsalı prosesi" layihələri istehsalatda xərclərin azaldılması və məhsuldarlığın artırılması məqsədlərini daşıyır.