...

Azərbaycanda qaz istehlakı azalmaqda davam edir

Energetika Materials 22 Aprel 2013 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.İsmayılov/

Bu il aprelin 22-nə olan məlumata görə, Azərbaycan əhalisinə verilən qazın sutkalıq həcmi 15 milyon kubmetr təşkil edir. Martın 27-nə isə bu göstərici 16,6 milyon kubmetr olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə bildirib.

ARDNŞ-dən bildiriblər ki, hava şəraitinin getdikcə yaxşılaşması səbəbindən ölkə üzrə qaz istehlakı azalır. Xüsusilə, Bakı üzrə bu göstərici sutkada 9 milyon kubmetr təşkil edir.

"Ölkə bölgələrinin payına isə 6 milyon kubmetr qaz düşür", - ARDNŞ-dən qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti