...

Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Energetika Materials 10 May 2013 17:38 (UTC +04:00)
2013-cü ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 427 min 650 ton Azərbaycan nefti nəql olunub.
Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Azərbaycan, Bakı, 10 may /Trend/

2013-cü ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 427 min 650 ton Azərbaycan nefti nəql olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 milyon 771 min 412 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il may ayının 1-ə qədər BTC-yə 215 milyon 223 min 226 ton neft vurulub.

Bundan başqa, cari ilin aprel ayında BTC kəməri ilə 269 min 618 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti