...

Azərbaycanda qaz istehlakı iki dəfədən çox azalıb

Energetika Materials 13 May 2013 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.İsmayılov/

Bu il may ayının 13-nə olan məlumata görə, Azərbaycan əhalisinə verilən qazın sutkalıq həcmi 6,6 milyon kubmetr təşkil edir. Aprelin 22-də isə bu göstərici 15 milyon kubmetr olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə bildirib.

ARDNŞ-dən bildiriblər ki, hava şəraitinin yaxşılaşması və temperaturun yüksəlməsi səbəbindən ölkə üzrə qaz istehlakı kəskin azalıb. Xüsusilə, Bakı üzrə bu göstərici sutkada 3,9 milyon kubmetr təşkil edir.

"Ölkə bölgələrinin payına isə sutkada 2,7 milyon kubmetr qaz düşür", - ARDNŞ-dən qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti