...

ARDNŞ: İlin sonunadək Azərbaycan qazının Avropaya tədarük marşrutu müəyyənləşəcək

Energetika Materials 15 May 2013 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan qazının Avropaya tədarük marşrutunun seçilməsi üzrə yekun qərar cari ilin sonunadək qəbul ediləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda ekspertlər təqdim edilən təklifləri dəyərləndirirlər və hesablamalara görə, iki boru kəməri layihəsindən - TAP (Trans-Adriatik qaz kəməri) və "Nabucco West" qaz kəmərindən birinin seçilməsinə dair yekun qərar gələn ayın sonunda qəbul ediləcək.

"Hazırda cari ilin sonuna yekun investisiya qərarının qəbul edilməsinədək bütün məsələləri həll etmək üçün işlər aparılır", - Abdullayev qeyd edib.

Bu ilin sonunda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının ikinci fazasının işlənməsi üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti