Azərbaycan, Bakı, 29 may /Trend/
Mayın 28-də, Respublika Günündə Balakən rayonunun Şərif kəndinə və Qabaqçöl qəsəbəsinə ilk dəfə olaraq təbii qazın verilib
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətilə keçirilən tədbirdə bildirilib ki, 637 abonenti olan Şərif kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 50 216,6 metr olan müxtəlif diametrli polirtilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 637 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 243 abonenti olan Qabaqçöl qəsəbəsinin qazlaşdırılması məqsədilə isə birpilləli sistem əsasında 15 844 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 243 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Mayın 29-da isə Salyan rayonunun Aşağı Noxudlu kəndinə təbii qazın verilişinin bərpa olunması ilə əlaqədar tədbir keçirilib. Bildirilib ki, 330 abonenti olan kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 5000 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı, 26 227 metr uzunluğunda isə metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 330 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.