...

ARDNŞ yeni qazma qurğunun inşası üzrə müqavilə bağlayıb (FOTO)

Energetika Materials 4 İyun 2013 13:51 (UTC +04:00)
Bu gün "Caspian Drilling Company" (CDC - iştirak payının 92,44 faizi ARDNŞ-ə məxsusdur) və Sinqapurun "Keppel" şirkəti Xəzər dənizində iş üçün yeni qazma qurğunun tkintisi üzrə saziş imzalayıblar.
ARDNŞ yeni qazma qurğunun inşası üzrə  müqavilə bağlayıb (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.İsmayılov/

Bu gün "Caspian Drilling Company" (CDC - iştirak payının 92,44 faizi ARDNŞ-ə məxsusdur) və Sinqapurun "Keppel" şirkəti Xəzər dənizində iş üçün yeni qazma qurğunun tkintisi üzrə saziş imzalayıblar.

Trend-in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev imzalanma mərasimində bildirib ki, vergilərlə birlikdə yeni üzən qurğunun dəyəri 1 milyard dollardan bir az artıq olacaq. Bu qurğu ARDNŞ-nin layihələrində istifadə ediləcək.

Bundan başqa, Azərbaycanın "Abşeron" yarımadasında işlərə cəlb edilə biləcək daha bir üzən qurğunun tikintisi üzrə danışıqlar aparılır.

Gələcəkdə daha iki qazma qurğusu da inşa edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti