...

Azərbaycanda 5 ay ərzində 7,4 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib

Energetika Materials 13 İyun 2013 19:21 (UTC +04:00)
Azərbaycanın sənaye sahələrində 2013-cü ilin yanvar-may aylarında 14,1 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,4 faizlik artım, neft sektorunda isə 0,8 faizlik azalma müşahidə olunub.
Azərbaycanda 5 ay ərzində 7,4 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycanın sənaye sahələrində 2013-cü ilin yanvar-may aylarında 14,1 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,4 faizlik artım, neft sektorunda isə 0,8 faizlik azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,5 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Beş ay ərzində 18,1 milyon ton neft, 7,4 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti