...

"Günəşli" yatağında yeni quyu istismara verilib

Energetika Materials 4 İyul 2013 17:32 (UTC +04:00)
“Günəşli” yatağındakı 10-cu özüldən 340 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Günəşli" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

"Günəşli" yatağındakı 10-cu özüldən 340 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 2967-2936 metr intervaldan sutkalıq 70 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti