Azərbaycan, Bakı, 11 iyul /Trend/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin iyun ayında dövlət büdcəsinə 132 milyon 636 min manat vəsait ödəyib ki, bu da ötən ilin iyun ayına nisbətən 9 milyon 608 min manat və ya 107,8 faiz çox olub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-iyun aylarında büdcəyə 785 milyon 548 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 111 milyon 456 min manat və ya 116,5 faiz çox olub.
Bundan əlavə, cari ilin iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 116 min manat vəsait köçürüb. Bu göstərici 2012-ci ilin iyun ayı ilə müqayisədə 714 min manat və ya 105,3 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 77 milyon 506 min manat təşkil edib.