...

İran və İraq arasında qaz sazişi imzalanıb

Energetika Materials 22 İyul 2013 01:39 (UTC +04:00)
İran və İraq arasında İraqın "Bağdad", "Sadr" və "Əl-Mansura" SES-lərinə qazın nəqli ilə bağlı sazış imzalanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu haqda İran hökumətinin mətbuat xidməti məlumat yayıb.
İran və İraq arasında qaz sazişi imzalanıb

Azərbaycan, Bakı, 22 iyul /Trend/

İran və İraq arasında İraqın "Bağdad", "Sadr" və "Əl-Mansura" SES-lərinə qazın nəqli ilə bağlı sazış imzalanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu haqda İran hökumətinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, sazişi İranın neft sənayesi naziri Rostam Kasemi və iraqlı həmkarı Abdul Karim Luaibi imzalayıb.

Qeyd edək ki, sazişin imzalanması üçün aparılan danışıqlar 2 il idi ki, davam edirdi. Sazişə əsasən, İran 3.7 milyard dollar məbləğində İraqa qaz nəql edəcək. Qaz kəməri isə bir neçə aydan sonra hazır olacaq.

Xəbər lenti

Xəbər lenti