...

Azərbaycanda mənzillərdə quraşdırılan "smart-kart" tipli sayğacların sayı artıb

Energetika Materials 6 Avqust 2013 17:49 (UTC +04:00)
Avqustun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 561 750-yə çatıb ki, bunların da 1 542 742-si əhali, 19008-i isə qeyri-əhali abonentidir.
Azərbaycanda mənzillərdə quraşdırılan "smart-kart" tipli sayğacların sayı artıb

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Avqustun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 561 750-yə çatıb ki, bunların da 1 542 742-si əhali, 19008-i isə qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin abonentlərin 679 440-ı Bakı şəhəri (669 648 əhali, 9 792 qeyri-əhali abonenti), 882 310-u isə regionların (873 094 əhali, 9 216 qeyri-əhali abonenti) payına düşür.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə abonentlərin sayı 77 981 ədəd artıb.

Ümumilikdə, 1 561 635 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunun da 1 542 627-si əhali (99,99 faiz), 19 008-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 669 547 əhali abonenti (99,98 faiz), 9 792 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 873 080 əhali abonenti (100 faiz) və 9216 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 679 339 abonent (99,99 faiz), regionlar üzrə isə 882 296 abonent (100 faiz) sayğaclaşdırılıb.

Avqustun 1-nə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 773 758 "smart-kart" tipli sayğac quraşdırılıb. İlin əvvəli ilə müqayisədə abonentlərin mənzillərində quraşdırılan "smart-kart" tipli sayğacların sayı 157752 ədəd artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti