...

Avqustun 15-də Azərbaycan neftinin qiymətləri artıb

Energetika Materials 16 Avqust 2013 12:59

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 114,43 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 1,22 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 113,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,24 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 15-də 110,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti avqustun 15-də 111,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,19 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti