...

"Azəriqaz" istehlakçıların smart-sayğaclarla təchizatını davam etdirir

Energetika Materials 9 Sentyabr 2013 17:59 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 569 860-a çatıb ki, bunların da 1 550 854-ü əhali, 19 006-sı isə qeyri-əhali abonentidir.
"Azəriqaz" istehlakçıların smart-sayğaclarla təchizatını davam etdirir

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 569 860-a çatıb ki, bunların da 1 550 854-ü əhali, 19 006-sı isə qeyri-əhali abonentidir.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin abonentlərin 681 842-si Bakı şəhəri (672 030 əhali, 9 812 qeyri-əhali abonenti), 888 018-i isə regionların (878 824 əhali, 9 194 qeyri-əhali abonenti) payına düşür.

1 sentyabr 2013-cü il tarixə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 782 825 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb.

Xatırladaq ki, 2013-cü il yanvarın 1-nə olan məlumata görə, bu rəqəm 594 min təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti