...

Ucar və Saatlı rayonlarının kəndlərinə təbii qaz verilib

Energetika Materials 11 Sentyabr 2013 15:11 (UTC +04:00)
Bu gün Ucar və Saatlı rayonlarının daha iki kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Ucar və Saatlı rayonlarının kəndlərinə təbii qaz verilib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bu gün Ucar və Saatlı rayonlarının daha iki kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ucar rayonunun Qazyan kəndinə təbii qazın verilməsinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 1298 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 125 kilometr uzunluğunda polietilen və 25 kilometr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1298 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Saatlı rayonunun Bəylik kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd edilib ki, kəndin qazlaşdırılması üçün 21672,5 metr uzunluğunda polietilen və 1513 metr uzunluğunda polad borular çəkilib, 218 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti