...

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Energetika Materials 17 Sentyabr 2013 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

"Neft Daşları" yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2181 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2528-2518 metr intervaldan sutkalıq 20 ton neft və 20 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti