...

ARDNŞ 2036-cı ildən sonra "Şahdəniz" üzrə öhdəlikləri öz üzərinə götürə bilər

Energetika Materials 19 Sentyabr 2013 19:25 (UTC +04:00)
Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə xarici tərəfdaşlarla müqavilənin müddətini 2036-cı ildən sonra uzatmasa, ARDNŞ qaz müqavilələri üzrə bütün öhdəlikləri öz üzərinə götürəcək.
ARDNŞ 2036-cı ildən sonra "Şahdəniz" üzrə öhdəlikləri öz üzərinə götürə bilər

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə xarici tərəfdaşlarla müqavilənin müddətini 2036-cı ildən sonra uzatmasa, ARDNŞ qaz müqavilələri üzrə bütün öhdəlikləri öz üzərinə götürəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2012-ci ildə müqavilənin beş il müddətinə, yəni 2036-cı ilədək uzadılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti