...

Ukraynada "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatdı

Energetika Materials 26 Sentyabr 2013 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Ukraynanın Çerkassı vilayətində "SOCAR" brendi ilə iki yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, YDM-lərdən biri Çerkassı, digəri Uman şəhərində açılıb. Burada müştərilərə Avropanın neft emalı zavodlarından tədarük olunan Avro-4, Avro-5 ekoloji standartlarına uyğun, yüksək keyfiyyətli yanacaqlar təklif olunur. Neft məhsullarının assortimentinə A-92, A-95 benzinləri, həmçinin Nano 95 və NanoDiesel yanacaq növləri daxildir.

YDM-lərdə avtomobillər üçün şüşəyuyucu bakların, təkərlərin doldurulması, avtoyuma kimi pulsuz xidmətlər göstərilir. Müştərilər pulsuz internet xidmətlərindən də istifadə edə bilərlər. Onlar 24 saat fəaliyyət göstərən YDM-lərdə həm vaxtlarına qənaət edir, həm də yüksək keyfiyyətli xidmətdən yararlanırlar.

Artıq Çerkassı vilayətində "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 4-ə, bütün Ukrayna ərazisində isə 35-ə çatıb. Qeyd edək ki, Ukraynanın altı vilayətində - Kiyev, Lvov, Odessa, Nikolayev, Roven və Çerkassıda SOCAR-ın yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bütün YDM-lər "SOCAR Ukraina" qrupu tərəfindən istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti