...

Azərbaycanda qaz istehlakı artıb

Energetika Materials 27 Sentyabr 2013 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bu il sentyabrın 27-nə olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi təxminən 6,6 milyon kubmetr təşkil edir. Avqustun 22-də bu göstərici 5,2 milyon kubmetr olub. Bu barədə cümə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə bildirib.

Məlumata əsasən, ölkə üzrə verilən sutkalıq qazın ümumi həcmindən 4,26 milyon kubmetr Bakının payına düşüb.

Mənbə deyib: "Digər regionlar üzrə verilən qazın sutkalıq həcmi 2,32 milyon kubmetr səviyyəsindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti