...

Yevlax və Oğuz rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Energetika Materials 4 Oktyabr 2013 19:26 (UTC +04:00)
Bu gün Yevlax və Oğuz rayonlarının daha 2 kəndinə təbii qaz verilib.
Yevlax və Oğuz rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bu gün Yevlax və Oğuz rayonlarının daha 2 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yevlax rayonunun Yenicə kəndinə təbii qazın verilişinin bərpa olunması ilə əlaqədar keçirilmiş tədbirdə qeyd edilib ki, 147 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 9,7 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 147 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Oğuz rayonunun Padar kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, kəndin təbii qazla təchizatı məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 38 kilometr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 453 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti