Təfərrüatlar əlavə edilib (İlk xəbər 11:08-də yayılıb)
Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin və ABŞ-ın "BOOTS & COOTS" servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılmış və yanğın söndürülüb.
ARDNŞ-dan Trend-ə bildiriblər ki, hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaqdır.