...

Azərbaycanın "Avro-3" standartına keçməsinə görə yanacağın qiymətinin artması gözlənilmir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 28 Dekabr 2013 19:04 (UTC +04:00)
Azərbaycanın "Avro-3" zərərli maddələrin tullantısı üzrə ekoloji standartına keçməsi fonunda ölkədə yanacağın qiymətinin artması gözlənilmir.
Azərbaycanın "Avro-3" standartına keçməsinə görə yanacağın qiymətinin artması gözlənilmir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/

2014-cü ildə Azərbaycanın "Avro-3" zərərli maddələrin tullantısı üzrə ekoloji standartına keçməsi fonunda ölkədə yanacağın qiymətinin artması gözlənilmir. Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, ARDNŞ növbəti bir neçə ildə respublikanın benzinə artan tələbatını təmin etmək üçün 2014-cü ildə səylərini katalitik-krekinq qurğusunun təmirinə və gücünün genişləndirilməsinə yönəldəcək: "Artıq hazırda ölkədə benzinin istehlak və istehsal həcmi bərabərləşib".

ARDNŞ prezidenti zərurət yaranacağı təqdirdə gələcəkdə xaricdən benzin idxalını istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti