Azərbaycan, Bakı, 13 yanvar /Trend/
Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 13 yanvar 2014-cü il tarixində saat 11:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.