...

"Azərneftyağ" NEZ-in iki texnoloji qurğusunda əsaslı təmir işləri aparılıb

Energetika Materials 15 Yanvar 2014 19:24 (UTC +04:00)
ARDNŞ-nin “Azərneftyağ” Neft Emalı Zavodunun 305 və 401 saylı texnoloji qurğularında qrafikə uyğun olaraq əsaslı təmir işləri aparılıb.
"Azərneftyağ" NEZ-in iki texnoloji qurğusunda əsaslı təmir işləri aparılıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

ARDNŞ-nin "Azərneftyağ" Neft Emalı Zavodunun 305 və 401 saylı texnoloji qurğularında qrafikə uyğun olaraq əsaslı təmir işləri aparılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 305 saylı neftin ilkin emalı qurğusunda olan istidəyişdiricilərin boru dəstləri dəyişdirilib, köhnəlmiş dövri su nasosları yeniləri ilə əvəz edilib. Qurğunun elektrik avadanlıqları və nəzarət ölçü cihazları təftiş edilib. Nəticədə sobaya qədər istidəyişdiricilərdə neftin daha effektiv qızdırılmasına nail olunub, qurğunun işi daha da yaxşılaşıb.

401 saylı bitum istehsalı qurğusunda aparılan əsaslı təmir işləri zamanı reaktorun daxilində koks tutmuş hissələr təmizlənib, səviyyəölçənlər yeniləri ilə əvəz edilib.

Bundan başqa, qurğunun istidəyişdiriciləri mexaniki çöküntülərdən təmizlənib, elektrik avadanlıqları və nəzarət ölçü cihazları təftiş edilib, nasazlıqlar aradan qaldırılıb. Nəticədə qudronun reaktora qədər qızdırılması yaxşılaşdırılıb, reaktorun səviyyəsinin ölçülməsi dəqiqləşib. Bu, ümumilikdə qurğunun işinin daha səmərəli işləməsinə imkan yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti