...

Natiq Əliyev: Aİ-95 markalı benzinin idxalına keçid bazarda rəqabət yaradacaq

Energetika Materials 21 Fevral 2014 17:18 (UTC +04:00)
Aİ-95 markalı benzinin idxalına keçid Azərbaycanın bu yanacaq növünün satışı bazarında rəqabət yaratmağa imkan verəcək.
Natiq Əliyev: Aİ-95 markalı benzinin idxalına keçid bazarda rəqabət yaradacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

Aİ-95 markalı benzinin idxalına keçid Azərbaycanın bu yanacaq növünün satışı bazarında rəqabət yaratmağa imkan verəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, bu, dövlət tərəfindən müəyyən nəzarətin saxlanılması ilə bazarın liberallaşması deməkdir:

"Hamıya Aİ-95 markalı benzin gətirməyə və bu bazarda rəqabət yaratmağa icazə veriləcək. Lakin bu, yalnız Aİ-95 və Aİ-98 markalı benzinlərə şamil edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti