...

ARDNŞ Ukraynada öz biznesini inkişaf etdirmək niyyətindədir

Energetika Materials 2 Aprel 2014 14:51 (UTC +04:00)
Ukraynada qeyri-sabit siyasi və iqtisadi vəziyyətə baxmayaraq, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ölkədə öz biznesini bundan sonra da inkişaf etdirmək niyyətindədir.
ARDNŞ Ukraynada öz biznesini inkişaf etdirmək niyyətindədir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

Ukraynada qeyri-sabit siyasi və iqtisadi vəziyyətə baxmayaraq, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ölkədə öz biznesini bundan sonra da inkişaf etdirmək niyyətindədir. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyindən bildiriblər.

"SOCAR Energy Ukraine"dan deyildiyi kimi, şirkətin planları dəyişməzdir - yeni yanacaqdoldurma komplekslərinin tikintisini davam etdirmək və iş yerləri yaratmaq: "2014-cü ilin payızınadək şirkət Ukraynada öz yanacaqdoldurma kompleksləri şəbəkəsini 50 faizədək artırmağı planlaşdırır. Həmçinin yaxın vaxtlarda Ukraynanın şirkətin indiyədək təmsil olunmadığı vilayətlərində yeni yanacaqdoldurma komplekslərinin açılacağı gözlənilir".

Nümayəndəliyin rəsmi internet saytında yerləşdirilmiş məlumata görə, hazırda Ukraynada SOCAR brendi altında fəaliyyət göstərən məntəqələrin sayı 38-dir. "SOCAR" YDM artıq Kiyevdə, Odessada, Lvovda, Nikolayevdə, Rovenskdə, Çerkaskda, Xmelnitskidə və Poltava vilayətində fəaliyyət göstərir. Şirkət Polşanın, Litvanın və Belarusun aparıcı NEZ-lərindən Avro-5 standartlarına uyğun neft məhsulları idxal edir.

ARDNŞ Ukraynanın yanacaq bazarında öz mövqeyini möhkəmləndirmək niyyətindədir. Ona görə də şirkət həm Ukrayna paytaxtında, həm də onun regionlarında yanacaqdoldurma kompleksləri şəbəkəsinin stabil inkişafını davam etdirir və əhalini keyfiyyətli Avropa neft məhsulları ilə təmin edir.

ARDNŞ-nin Ukraynada biznesin inkişafına yatırdığı sərmayələr 2009-cu ildən 2013-cü ilədək 160 milyon dollardan çox, sosial və xeyriyyəçilik təşəbbüsləri beş milyon dollardan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti