...

ARDNŞ: "Şahdəniz-2" Azərbaycan qazını yeni bazara çıxaracaq

Energetika Materials 28 Aprel 2014 15:54 (UTC +04:00)
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması Azərbaycan qazının yeni bazara çıxaraq avropalı satıcıları əhatə etməsinə imkan verəcək.
ARDNŞ: "Şahdəniz-2" Azərbaycan qazını yeni bazara çıxaracaq

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov/

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması Azərbaycan qazının yeni bazara çıxaraq avropalı satıcıları əhatə etməsinə imkan verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsinin rəhbəri Pərviz Babayev bazar ertəsi Bakıda keçirilən VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında deyib.

Onun sözlərinə görə, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qazın Gürcüstan və Türkiyəyə tədarükü təmin edildiyi halda, ikinci mərhələnin həyata keçirilməsi ilə Azərbaycan qazı Avropaya daxil olmağa başlayacaq. 9 avropalı alıcı ilə artıq müvafiq saziş imzalanıb.

Azərbaycan qazının tədarükü "Cənub Qaz Dəhlizi" layihəsi sayəsində, "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin reallaşdırılması yolu ilə, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin tikintisi ilə mümkün olacaq. Yeni iki boru kəmərinin tikintisi qazın Türkiyə ərazisi ilə, sonra isə Avropaya tədarükünü təmin etməyə imkan verəcək.

P. Babayevin sözlərinə görə, Trans-Anadolu qaz kəmərinin tikintisi 10 milyarddan çox dollar, Trans-Adriatikin tikintisi isə 5,2 milyard dollar həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti