Azərbaycan, Bakı, 16 may /Trend/
"Darvin bankası" yatağındakı 720 nömrəli meydançadan 834 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Altı Lay Dəstəsinə qazılan quyu 1417-1401 metr intervaldan sutkalıq 6 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Abşeronneft" NQÇİ-nin sifarişi ilə qazılıb.