Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.İsmayılov/
Ötən həftə - 19-23 may tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 113,84 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,51 dollar çoxdur.
Trend-in məlumatına görə, 19-23 may həftəsində AZERI LT-nin qiyməti maksimum 114,47, minimum isə 113,01 dollar/barel təşkil edib.
19-23 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 108,2 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1 dollar çoxdur.
19-23 may həftəsində URALS-ın qiyməti maksimum 108,74, minimum isə 107,96 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
19-23 may həftəsində "Brent Dated" növünün orta qiyməti 110,86 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,27 dollar çoxdur.
Ötən həftə "Brent Dated"in maksimum qiyməti 111,3 dollar, minimum isə 110,36 dollar/barel təşkil edib.