...

Bu il Ceyhan limanından 8 milyon tondan çox Azərbaycan nefti ixrac olunub

Energetika Materials 3 İyun 2014 14:16 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin may ayında Novorossiysk limanından 84 min 832 ton, Supsa limanından 161 min 315 ton, Ceyhan limanından 1 milyon 661 min 255 ton xam neft ixrac edib.
Bu il Ceyhan limanından 8 milyon tondan çox Azərbaycan nefti ixrac olunub

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin may ayında Novorossiysk limanından 84 min 832 ton, Supsa limanından 161 min 315 ton, Ceyhan limanından 1 milyon 661 min 255 ton xam neft ixrac edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, ümumilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 423 min 644 ton, Supsa limanından 1 milyon 210 min 535 ton, Ceyhan limanından isə 8 milyon 442 min 415 ton xam neft ixrac olunub.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-yə məxsus xam neft həcmlərini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti