...

Ramiz Həsənov: Azərbaycanın idxal etdiyi benzin çox keyfiyyətlidir və ən yüksək tələblərə cavab verir

Energetika Materials 9 İyun 2014 11:33 (UTC +04:00)
Azərbaycanın idxal etdiyi benzin çox keyfiyyətlidir və ən yüksək tələblərə cavab verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Ramiz Həsənov: Azərbaycanın idxal etdiyi benzin çox keyfiyyətlidir və ən yüksək tələblərə cavab verir

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycanın idxal etdiyi benzin çox keyfiyyətlidir və ən yüksək tələblərə cavab verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənov deyib: "İdxal strukturları qarşısında ölkəyə gətirilən yanacağın hətta "Avro-5" standartlarının tələblərinə uyğun gəlməsi ilə bağlı şərt qoyulub".

Komitə sədrinin sözlərinə görə, lakin ölkədə istehsal olunan benzin "Avro-4" tələblərinə cavab vermir. "Bu, Azərbaycanda bu gün istifadə olunan Aİ-92 benzinidir. Bunun səbəbi ondadır ki, ölkədə yeni avtomobillərlə yanaşı, köhnə avtomobil parkı da mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti