...

Azərbaycan neftinin qiymətləri: 9-13 iyun həftəsinin yekunları

Energetika Materials 14 İyun 2014 12:52
Ötən həftə 9-13 iyun tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 113 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,67 dollar çoxdur.
Azərbaycan neftinin qiymətləri: 9-13 iyun həftəsinin yekunları

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Z.Qurbanova/

Ötən həftə 9-13 iyun tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 113 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,67 dollar çoxdur.

Trend-in məlumatına görə, 9-13 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 114,69, minimum isə 111,69 dollar/barel təşkil edib.

9-13 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 107,43 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,21 dollar çoxdur.

9-13 iyun həftəsində URALS-ın qiyməti maksimum 109,75, minimum isə 105,31 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

9-13 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 110,82 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,98 dollar çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 112,85 dollar, minimum isə 109,08 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti