...

BP: 2013-cü ildə Azərbaycanda neft hasilatı 1,2 faiz artıb

Energetika Materials 17 İyun 2014 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir A.Bədəlova/

2013-cü ildə Azərbaycanda neft hasilatı sutkada 931 min barel təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 1,2 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə BP şirkətinin dünya energetikası üzrə illik statistik icmalında deyilir.

Ötən il Azərbaycanın ümumdünya neft hasilatında payı 1,1 faiz təşkil edib.

BP-nin qiymətləndirmələrinə görə, 2013-cü ildə ölkədə neftə tələbat 9,8 faiz - sutkada 101 min barel təşkil edib.

BP Azərbaycanın sübut edilmiş neft ehtiyatları üzrə qiymətləndirmələrini dəyişilməz, yəni 7 milyard barel səviyyəsində saxlayıb ki, bu da dünya üzrə sübut edilmiş neft ehtiyatlarının 0,4 faizini təşkil edir.

Azərbaycanda neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" yataqları blokunun payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti